Su və daşqınlar İdarəetməsİ üzrə

Azərbaycanın bir çox icmaları, xüsusilə də dağ icmaları, daşqınların və su çatışmazlığının yaratdığı iqlim riski altındadırlar. Əhali regiondakı müxtəlif çətin şəraitlərə qarşı dayanıqlı olmuşdur, lakin indi iqlim dəyişikliyi hər iki problemi kəskinləşdirməkdədir. Bu icmaların zəifliyini azaltmaq üçün iqlim dəyişikliyinin təsirlərinə proaktiv uyğunlaşma tələb olunur. Su resurslarının idarə olunması üzrə hazırki qanunvericilik və siyasət bazası iqlim dəyişikliyi məsələlərini həll etmək və ya su və daşqınlar üzrə idarəetməni müasir tələblərə uyğunlaşdırmaq üçün kifayət qədər çevik deyildir. Layihənin məqsədi, su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə, Azərbaycanın Böyük Qafqaz regionundakı dağ icmalarının iqlim dəyişikliyinin doğurduğu su çatışmazlığı və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdır. Bu, qanunvericilik və siyasət səviyyəsində idarəetmə bazasının təkmilləşdirilməsi, strukturla bağlı olmayan metodları tətbiq etməklə təşkilati potensialın gücləndirilməsi və icmaların su və daşqınlar üzrə idarəetmədə aktiv iştirak etmələri üçün təlimlərin keçirilməsi və onların səlahiyyətlərinin genişləndirilməsi yolu ilə həyata keçiriləcəkdir

“Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi.” layihənin məqsədi, su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə, Azərbaycanın Böyük Qafqaz regionundakı dağ icmalarının iqlim dəyişikliyinin doğurduğu su çatışmazlığı və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdır.

Layihə üçün təklif olunan ərazi Böyük Qafqaz Dağlarının cənub yamacını əhatə etməklə bu regionun şimal-qərbindən, Balakan və Zaqatala rayonlarının ərazisində, İsmayıllı və Qəbələ rayonları yaxınlığında cənub-şərqə doğru uzanır. Bu, 22,000 km2 –dən çox ərazini əhatə edir. Bütöv ərazi isə Azərbaycanın iki əsas çayından biri olan böyük Kür Çayı Hövzəsinin bir hissəsidir.

LAYİHƏNİN HƏYATA KEÇİRİLMƏSİNDƏ AŞAĞIDAKI 3 ƏSAS NƏTİCƏ GÖZLƏNİLİR:

  • İqlim dəyişikliyi risklərinin idarə edilməsi və adaptasiya ehtiyaclarını ödəmək məqsədilə su və daşqınların idarə edilməsi sahəsində qanunvericilik və idarəetmə bazasının təkmilləşdirilməsi;

  • Su qıtlığı və daşğınların təsirinin azaldılması problemlərinə təsir göstərmək məqsədilə bu məsələlərlə məşğul olan əsas qurumların texniki bilik və bacarıqlarının, həmçinin müvafiq alət və metodlardan istifadə imkanlarının artırılması;

  • Yerli şəraitə uyğunlaşdırılmış iqlim dəyişikliyi risklərinin idarə olunması metodlarını icmalarda tətbiq etməklə onların bu risklərə hazırlığını artırmaq.



    • Layihə üzvləri

    • Raqif Muradov

    • Layihə Direktoru, Su Ehtiyatları Dövlət Agentliyinin Rəisi

    • Məzahir Əfəndiyev

    • Layihə Meneceri, BMT İP

    • Sona Quliyeva

    • Layihə Köməkçisi, BMT İP

    • Fərid Abbasov

    • Aparıcı Milli Məsləhətçi



         Beynəlxalq ekspertlər

    • David Keith Milton

    • Baş Texniki Məsləhətçi (May 2014 - Dekabr 2014)

    • David Sargent

    • Aparıcı Hidroloq (Aprel 2014- Dekabr 2014)

    • Georg Petersen

    • Beynəlxalq Su Ehtiyatları üzrə Mühəndis

    • Hans Ewoldsen

    • Aparıcı Hidrogeoloq

    • Juan Fernandez Saiz

    • Erkən Xəbərdarlıq və Modelləşdirmə Sistemləri üzrə mütəxəssis

    • Margaretta Ayoung

    • Baş Texniki Məsləhətçi (May 2013 - Aprel 2014)

    • Wei Ye

    • Aparıcı Hidroloq (Oktyabr 2013 - Dekabr 2013)



         Yerli ekspertlər

    • Ələsgərov Elman

    • CIS və verilənlər bazası üzrə mütəxəssis

    • Sultanov Emil

    • Hidrometeoroloq

    • Kərimov Fuad

    • Torpaqdan istifadə və torpağın mühafizəsi üzrə mütəxəssis

    • Musayeva Mətanət

    • Hidroloq

    • Quluzadə Nadir

    • Sosial - iqtisadi araşdırmalar üzrə mütəxəssis

    • Abbasov Rövşən

    • İnstitusional Ekspert

    • Hüseynov Rüstəm

    • Hidrogeoloq

    • Abbasov Samir

    • Hidravlik qurğular üzrə mühəndis

    • Hüseynova Tünzalə

    • Hüquq və siyasət məsələləri üzrə mütəxəssis

    • Şıxəliyev Yefim

    • Geoloq



    Benefisiarlar

    Faydalı linklər



    Əməkdaşlar





    Layihə Ərazisi