Azərbaycanın bir çox icmaları, xüsusilə də dağ icmaları, daşqınların və su çatışmazlığının yaratdığı iqlim riski altındadırlar. Əhali regiondakı müxtəlif çətin şəraitlərə qarşı dayanıqlı olmuşdur, lakin indi iqlim dəyişikliyi hər iki problemi kəskinləşdirməkdədir. Bu icmaların zəifliyini azaltmaq üçün iqlim dəyişikliyinin təsirlərinə proaktiv uyğunlaşma tələb olunur. Su resurslarının idarə olunması üzrə hazırki qanunvericilik və siyasət bazası iqlim dəyişikliyi məsələlərini həll etmək və ya su və daşqınlar üzrə idarəetməni müasir tələblərə uyğunlaşdırmaq üçün kifayət qədər çevik deyildir. Layihənin məqsədi, su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə, Azərbaycanın Böyük Qafqaz regionundakı dağ icmalarının iqlim dəyişikliyinin doğurduğu su çatışmazlığı və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdır. Bu, qanunvericilik və siyasət səviyyəsində idarəetmə bazasının təkmilləşdirilməsi, strukturla bağlı olmayan metodları tətbiq etməklə təşkilati potensialın gücləndirilməsi və icmaların su və daşqınlar üzrə idarəetmədə aktiv iştirak etmələri üçün təlimlərin keçirilməsi və onların səlahiyyətlərinin genişləndirilməsi yolu ilə həyata keçiriləcəkdir.

İqlim dəyişikliyi risklərinin idarə edilməsi və adaptasiya ehtiyaclarını ödəmək məqsədilə su və daşqınların idarə edilməsi sahəsində qanunvericilik və idarəetmə bazasının təkmilləşdirilməsi.

Su qıtlığı və daşğınların təsirinin azaldılması problemlərinə təsir göstərmək məqsədilə bu məsələlərlə məşğul olan əsas qurumların texniki bilik və bacarıqlarının, həmçinin müvafiq alət və metodlardan istifadə imkanlarının artırılması;

Yerli şəraitə uyğunlaşdırılmış iqlim dəyişikliyi risklərinin idarə olunması metodlarını icmalarda tətbiq etməklə onların bu risklərə hazırlığını artırmaq.

Əməkdaşlar